ABŞ dövlət katibi İsrailə səfər edib


ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində İsrailə gəlib.


"Ynet" portalı xəbər verir ki, Təl-Əvivdə onun İsrailin baş naziri Benyamin Netanyahu ilə, daha sonra isə İsrail hərbi kabinetinin üzvləri ilə görüşü nəzərdə tutulub.

Blinken bundan əvvəl Səudiyyə Ərəbistanı və Misirə səfər edib.

Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, növbəti Yaxın Şərq turu zamanı dövlət katibi bütün qalan girovların azad edilməsini, Qəzzaya humanitar yardımın həcminin artırılmasını nəzərdə tutan dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu