Blinken yenidən İsrailə səfər etməyi planlaşdırır


ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında müharibə ilə bağlı İsrail və Fələstin rəsmiləri ilə danışıqlar aparmaq üçün gələn həftənin əvvəlində İsrailə yenidən səfər etməyiı planlaşdırır.



Bu barədə Axios iki mənbəyə istinadən xəbər verib.

Bu, Blinkenin 7 oktyabr Həmas hücumundan sonra İsrailə dördüncü səfəri olacaq. Səfər İsrail və HƏMAS arasında döyüşlərdə bir neçə günlük fasilə nəzərdə tutan girov müqaviləsinin icrası fonunda baş verir.

Blinkenin Şükran günündən sonra və gələn çərşənbə axşamı Brüsseldə NATO xarici işlər nazirlərinin sammitində iştirak etməzdən əvvəl İsrailə gedəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu