KİV: Tramp Ukrayna münaqişəsinin 100 gün ərzində həllini tapşırıb

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb.
AFN.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb. Nəşr qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putinlə razılaşma əldə etmək Trampın seçki kampaniyası zamanı prezident vəzifəsinə başlamazdan əvvəl münaqişəyə son qoyacağını dediyi zaman təqdim etdiyindən daha çətin iş olacaq.
Nəşrin mənbələrinə görə, Amerikanın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişatına şəxsən nəzarət etmək niyyətindədir. Qəzetin Kelloqun keçmiş həmkarları arasından həmsöhbətləri iddia edirlər ki, onu müstəqil fiqur adlandırmaq olmaz, çünki o, Trampın fikrindən tamamilə asılıdır. Bu səbəbdən Kelloqun ABŞ və Rusiya arasında heç bir real danışıqlara buraxılmayacağı iddia edilir.