Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin Kiyevə səfəri təxirə düşüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və digər Avropa paytaxtlarına səfərini yanvarın 20-də Trampın andiçmə mərasiminə qədər təxirə salıb.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp administrasiyasının nümayəndəsinin Kiyevə ilk səfəri yanvarın əvvəlində baş tutmalı idi. Kelloqun komandası Avropanın digər paytaxtlarına, o cümlədən Roma və Parisə də səfərlər planlaşdırırdı.
Tramp vəzifəsinin icrasına başladıqdan sonra Kelloqun Ukraynaya səfəri gözlənilir, lakin səfərin tarixi hələ müəyyən edilməyib.