Azərbaycanda bu əcnəbilərə iş və yaşamaq icazəsi ilə bağlı dəyişiklik edilir


Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydalarına dəyişiklik edilməsi təklif olunur.

Təklif Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müvəqqəti yaşamaq icazəsinin (uzunmüddətli icazə) verilməsi və iş icazəsinin alınmasının tələb edilmədiyi hallarda əhatə olunan subyektlərin dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Dəyişikliyə görə, aqropark rezidenti hüquqi şəxs olduqda onun rəhbəri və müavinləri, eləcə də rezident tərəfindən Azərbaycanda əmək fəaliyyətinə cəlb olunan və müvafiq sahədə təcrübəsi olan aqronomlar, bağçılıq mütəxəssisləri və baytar həkimlər də həmin subyektlər sırasına daxil edilə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu