Parisin bəzi küçələrində komendant saatı tətbiq edilib


İğtişaşlar səbəbindən Parisin bir neçə ərazisində komendant saatı tətbiq edilib.

AFN.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Paris Şəhər Şurasının deputatlarına istinadən məlumat yayıb.

Məhdudiyyət paytaxtın III, X və XI dairələrinin sərhədində yerləşən Respublika meydanını, eləcə də tarixi I dairədəki Le-Al məhəlləsinin bir neçə küçəsini əhatə edir.

Telekanalın məlumatına görə, komendant saatı bazar ertəsi saat 22:00-dan çərşənbə axşamı saat 06:00-dək qüvvədə olacaq və bütün vətəndaşlara şamil ediləcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu