İlon Mask ABŞ-da 72 milyon uşağa SpaceX səhmi verəcək



SpaceX şirkətinin təsisçisi və baş icraçı direktoru İlon Mask ABŞ-da 18 yaşdan kiçik uşaqlara SpaceX səhmləri verəcəyini açıqlayıb.

AFN.az xəbər verir ki, bu əməliyyatın 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.

ABŞ-ın Əhali İdarəsinin məlumatına görə, ölkədə 18 yaşdan kiçik 72 milyon uşaq var. Mask səhmlərin necə veriləcəyi ilə bağlı ətraflı məlumat açıqlamayıb.

İlon Mask şirkətin 48,6 faizinə sahibdir. SpaceX səhmləri cümə günü ticarət sessiyasını 146,03 dollar qiymətində başa vurub. Əməliyyatın İlon Maska təxminən 10 milyard dollara başa gələcəyi gözlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu