Səudiyyə Ərəbistanı 6 raket və PUA-nın hücumunu zərərsizləşdirilib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası ölkənin paytaxtı Ər-Riyadda, qərbdəki Yənbu şəhəri və cənub bölgələrində aşkar edilən 3 raket və 3 pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını və məhv edildiyini açıqlayıb.
AFN.az xəbər verir ki, koalisiyanın sözçüsü, briqada generalı Türki əl-Maliki yazılı açıqlamasında hadisə ilə bağlı məlumat verib.
Türki əl-Maliki Səudiyyə Ərəbistanının qərbində, Qırmızı dəniz sahilində yerləşən Yənbu şəhərinin səmasında aşkar edilən bir ballistik raketin qarşısının alındığını bildirib.
Maliki Qırmızı dəniz üzərində aşkar edilən 2 qanadlı raketin də məhv edildiyini, paytaxt Ər-Riyadda və ölkənin cənub bölgəsində isə 3 PUA-nın müəyyən edilərək vurulduğunu qeyd edib.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi bir neçə saat əvvəl ölkənin qərbində yerləşən Yənbu şəhərində erkən xəbərdarlıq sistemlərinin işə salındığını açıqlamışdı.
Yəməndə İranın dəstəklədiyi husilər bir müddətdir Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada və ölkənin bir sıra digər bölgələrinə ballistik raketlər və PUA-larla hücumlar təşkil edirlər.
