Ərəb koalisiyası Yəmən ordusuna husilərə qarşı mübarizədə dəstək verəcək


Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən silahlı qüvvələrinə husilərə qarşı mübarizədə operativ dəstəyi davam etdirəcək.

AFN.az xəbər verir ki, bunu koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Türki əl-Maliki açıqlayıb.

Onun sözlərinə görə, koalisiya Yəmən ordusuna tam operativ dəstək göstərməkdə və ölkənin qanuni hökumətinin yanında olmaqda davam edəcək. Məqsəd dövlət institutlarının bərpası və Yəmən ərazisinə nəzarətin təmin edilməsidir.

Əl-Maliki husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə, o cümlədən Məkkə və Mədinəyə, eləcə də Qırmızı dənizin cənub hissəsində və Bab əl-Məndəb boğazında kommersiya gəmilərinə hücum cəhdlərini də qeyd edib. O, krallığın təhlükəsizliyini və suverenliyini qorumaq üçün bu hücumların qarşısının alınmasına yönələn tədbirlərin görüləcəyini bildirib.

Yəməndə husilər ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ilin avqustundan davam edir. Oktyabrın 4-də Yəmən Prezidentlik Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi husilərin nəzarətində qalan ərazilərin azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyata başlanıldığını açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu