Səudiyyə Ərəbistanı husiləri görünməmiş güclə cavab zərbəsi ilə hədələyib


Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatının krallığa hücum etmək cəhdlərinə qarşı qətiyyətli və görünməmiş güclə cavab zərbələri endirəcəyini bəyan edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi sözçüsü Turki al-Maliki məlumat yayıb.

General-mayor husilərin Ər-Riyada qarşı son hədələrini "Yəmən xalqına qarşı törədilən ağır cinayətlərdən və ölkədəki iqtisadi fəlakətlərdən diqqəti yayındırmaq cəhdi" adlandırıb. Al-Maliki qiyamçıların sülh təşəbbüslərini rədd etdiyini, Qırmızı dənizdəki gəmiçilik yollarına hücumları davam etdirdiyini və bununla da Yəmənin strateji limanlarını, elektrik stansiyalarını və sənaye müəssisələrini tamamilə məhv olmaq riski ilə üz-üzə qoyduğunu vurğulayıb.

Xatırladaq ki, iyulun 3-də husilər İrana məxsus mülki təyyarənin Sanaya enişinə mane olmağa çalışan Səudiyyə qırıcılarına zenit raketləri ilə atəş açdıqlarını iddia edərək krallığın hava limanlarına zərbələr endirəcəkləri ilə hədələmişdilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu