Husilər ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum ediblər


Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının üzvləri Qırmızı dənizdə Amerikanın "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirib.


Bunu husilərin sözçüsü Yəhya Sariya deyib. “Silahlı qüvvələrimizin raket qüvvələri Qırmızı dənizin şimalında ballistik və qanadlı raketlərdən istifadə edərək Amerikanın təyyarədaşıyan gəmisinə hücum edib" - deyə o, bildirib.

Hüsilər həmçinin Ərəb dənizində “Transworld Navigator” yük daşıyıcısına hücum ediblər. Sariya bildirib ki, zərbələr ballistik raketlərlə həyata keçirilib. Onun sözlərinə görə, ticarət gəmisinə hücum işğal olunmuş Fələstinin limanlarına keçidə qoyulan qadağanın pozulması ilə əlaqədar həyata keçirilib.

"Marine Traffic" gəmi izləmə xidmətinin məlumatına görə, yük daşıyan gəmi Çinin Liuheng limanından Süveyş kanalı istiqamətində Liberiya bayrağı ilə üzür. Sonuncu dəfə gəmi öz yeri haqqında məlumatı iyunun 18-də ötürüb. Sonra Ərəb dənizində, Yəmən sahillərindən təxminən 270 dəniz mili aralıda yerləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu