Qırmızı dənizdə Amerika gəmisi Husilərin qayıqları ilə toqquşub


Amerika gəmisi Qırmızı dənizdə Yəmənin Husi üsyançılarının "Ənsar Allah" hərbiləşdirilmiş qruplaşmasının döyüş gəmiləri ilə toqquşub.


AFN.az xəbər verir ki, bu barədə “Sky News Arabia” Yəmən mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ gəmisi ilə Husi qayıqları arasında şiddətli toqquşmalar gedir.

Dekabrın 31-də ABŞ helikopterləri Danimarkanın Maersk şirkətinin Hangzhou konteyner gəmisinə hücum edən Husilərin qayıqlarını batırıb.

Yəmən husiləri Bab əl-Məndəb boğazında Maersk konteyner gəmisinə hücum edib. Onların hərbi sözçüsü Yəhya Saria bildirib ki, hərbçilər Qırmızı və Ərəb dənizlərində İsraillə əlaqəli və ya ölkəyə gedən gəmilərin keçidinə mane olacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu