CNN: ABŞ HDQ Qırmızı dənizdə Husilərə məxsus 24 raket və İHA-nı vurub
ABŞ Hərbi Dəniz Qüvvələri Yəmənin üsyançı Ənsar Allah hərəkatının (Husilər) Yəməndən atdığı 24 raket və PUA-nı vurub.
Bu barədə CNN iki Pentaqon rəsmisinə istinadən məlumat yayıb.
Telekanal ABŞ Müdafiə Nazirliyinin rəsmilərindən birinə istinad edərək, Husi hücumunun baş verdiyini təsdiqləyib.
Nəşrin mənbələri bildiriblər ki, bu, son aylarda husilərin ən böyük hücumlarından birinə cavabdır. "Hücumlar nəticəsində gəmilərə ziyan dəyməyib və itki yoxdur" - deyə rəsmilər bildiriblər.
24 raket və PUA-nın vurulması üçün üç esminesdən istifadə edilib.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken demişdi ki, Yəmənin üsyançı Ənsar Allah hərəkatının (Husilər) Qırmızı dənizdə hücumları 40-dan çox ölkənin maraqlarına təsir edir və qlobal dəniz nəqliyyatının demək olar ki, 20%-ni pozur.