Husilər indiyədək İsrail, ABŞ və Böyük Britaniyaya məxsus 86 gəmini hədəf alıb


Yəməndəki husilər noyabr ayından bu yana Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və İngiltərəyə məxsus 86 gəmini hədəfə aldıqlarını açıqlayıblar.


Husilərə məxsus" Əl Məsirə" televiziyası Husilər Hərəkatının lideri Əbdülməlik əl-Husinin çıxışını yayımlayıb.

Açıqlamada hərəkata bağlı Yəmən Hərbi Dəniz Qüvvələrinin bu həftə 9 gəmini hədəf aldığına, beləliklə də Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və Böyük Britaniyaya bağlı gəmilərin ümumi sayını artırdığına diqqət çəkilib.

Husilərin bu həftə ərzində həyata keçirdiyi 10 əməliyyatda “düşmən” hədəflərinə 37 ballistik raket və pilotsuz uçuş aparatı ilə hücumlar təşkil etdiyini bildirən Husi, əməliyyatların İsrailin Eylat şəhərinə qarşı həyata keçirildiyini bildirib.

İsrailin Qırmızı dənizdə naviqasiyasının əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkən Husi, İsrailin Qəzza zolağına hücumlarının dayanmadığı təqdirdə əməliyyatlarının davam edəcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu