ABŞ qüvvələri Yəməndən göndərilən kamikadze PUA-nın Qırmızı dəniz üzərində vurulduğunu açıqlayıb


ABŞ ordusu Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan ərazilərdən buraxılan kamikadze pilotsuz uçan aparatı Qırmızı dəniz üzərində vurduğunu açıqlayıb.



Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.

Bildirilib ki, kamikadze pilotsuz uçan aparat bölgəyə hərbi texnika daşıyan iki hərbi gəmini müşayiət edən “USS Carney”ə yaxınlaşarkən vurulub və gəmiyə heç bir ziyan dəyməyib.

Texnikanın hara göndərildiyi açıqlanmasa da, İsrailin Qəzzaya başlatdığı hücumlarla birlikdə ABŞ-ın bu ölkəyə böyük miqdarda silah və hərbi texnika göndərdiyi məlumdur.

Yəməndəki husilər oktyabrın 31-dən bəri dəfələrlə raketlər və kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə İsrailə hücum etdiklərini açıqlamışdı.

Noyabrın 19-da husilər Qırmızı dənizdə İsrail gəmilərini hədəf alacaqları ilə hədələyib, daha sonra Qırmızı dənizdə İsrail şirkətinə məxsus ticarət gəmisini ələ keçirdiklərini açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu