Yardım Qəzzaya çatana qədər İsrail gəmilərinə hücumlar davam edəcək - husilər


ABŞ və Yəmən husiləri arasında atəşkəs razılaşması üsyançıların İsrailə qarşı hərəkətlərini əhatə etmir, ona görə də onlar Qırmızı dənizdə İsrail gəmilərinə hücumları davam etdirəcəklər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu "Ənsar Allah" hərəkatının sözçüsü Məhəmməd Əbdül Salam bildirib.

"Səna və Vaşinqton arasında razılaşma Amerikanın Yəmənə təcavüzünün dayandırılmasını nəzərdə tutur. Yardım Qəzzaya çatana qədər İsrail gəmilərinə hücumları davam etdirəcəyik", - deyə husilərin sözçüsü "Əl-Cəzirə" telekanalına bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu