Kaliforniyada 5 bal gücündə zəlzələ baş verib



ABŞ-ın Kaliforniya ştatında 5 bal gücündə zəlzələ qeydə alınıb. 

AFN.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Pinnakls Milli Parkının 10 kilometr şimal-qərbində yerləşib.

Açıqlamada zəlzələnin 5 bal gücündə olduğu və 6,7 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu