Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da nəzərə alınacaq
Fərdi jurnalist müsabiqəsində jurnalistlərin özlərinə məxsus “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” platformalarında paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqə göstəriciləri də qiymətləndiriləcək.
Bu barədə Media və Yayım Şurasının yeni qaydalarında əksini tapıb.
Yeni qaydalara əsasən jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı fərdi rəqəmsal hesablarında yerləşdirdiyi paylaşımlar da qiymətləndirmə prosesinə daxil ediləcək. Paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım və saxlamaların (save) ümumi sayı hesablanacaq. Bildirilir ki, göstəricilərin süni artırılması nəticəsində yaranmış izləyici və qarşılıqlı əlaqə sayları qiymətləndirmədə nəzərə alınmır.




