ABŞ Yaxın Şərqdəki vətəndaşlarına yüksək hazırlıq vəziyyətində olmağı tövsiyə edib



ABŞ İran və Yəməndəki husilərin region ölkələrindəki Amerika obyektlərinə və mülki infrastruktura hücumlarının artması səbəbindən Yaxın Şərqdə yaşayan və ya səfərdə olan vətəndaşlarını yüksək hazırlıq vəziyyətində olmağa çağırıb. 

AFN.az xəbər verir ki, Vaşinqton regionda mümkün hücumların daha da intensivləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ-nin Küveytdəki səfirliyinin yaydığı açıqlamada İran və husilərin Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanındakı hədəflərə qarşı hücumlarının sürətlə genişlənə biləcəyi bildirilib. Vətəndaşlardan uçuşların ləğvi və hava məkanının bağlanması ehtimalına qarşı diqqətli olmaları istənilib.

Açıqlamada İranın Küveyt və Bəhreyndəki ABŞ obyektlərinə hücumlar təşkil etdiyi, husilərin isə Səudiyyə Ərəbistanında mülki hava limanlarına və həyati əhəmiyyət daşıyan digər infrastrukturlara qarşı düşmən hücumları həyata keçirdiyi qeyd olunub. Bu hücumların mülki əhali arasında itkilərə və ciddi nəqliyyat çətinliklərinə səbəb olduğu bildirilib.

Hücumların daha da artması ehtimalına diqqət çəkilən açıqlamada Yaxın Şərqdəki ABŞ vətəndaşlarına yüksək hazırlıq vəziyyətində qalmaq, uçuşların ləğvinə, hava məkanının bağlanmasına və səfərlərdə yarana biləcək problemlərə hazır olmaq çağırışı edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu