Prokuror Namizəd Səfərovun 8 il həbsini tələb etdi


Dələduzluqda ittiham olunan hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinatətlər Məhkəməsində keçirilən bugünkü iclasda dövlət ittihamçısı yekun çıxış edib.

Prokuror Valeh Ələkbərov bəyan edib ki, təqsirləndirilən hüquqşünasa verilmiş ittihamlar məhkəmə istintaqı zamanı kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb. Bu əsasla N.Səfərov külli miqdarda dələduzluqda təqsirli bilinməli və 8 il azadlıqdan məhrum edilməlidir.

Hakim Mahirə Kərimova müdafiə çıxışına hazırlanması üçün vəkilə, son sözə hazırlanması üçün müttəhimə vaxt verib.

Qeyd edək ki, N.Səfərov ötən ilin sonunda polis tərəfindən tutulub. O, bir nəfəri vəzifəyə təyin edilməsinə kömək edəcəyi adı ilə 53 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Qafqazinfo




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu