Çin lideri: Böyük dövlətlərin qarşıdurması dünyanı xaosa sürükləyir


Çin Xalq Respublikasının sədri Si Cinpin böyük dövlətlər arasında razılığın dünyada sabitlik və əmin-amanlığın qorunması üçün vacib olduğunu bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Si Cinpin bu fikirləri Çinin Şençjen şəhərində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşdə səsləndirib.

Çin liderinin sözlərinə görə, dünya sürətli və genişmiqyaslı dəyişikliklər dövrünü yaşayır, planetdə isə sabitlik yoxdur.

“Böyük dövlətlər bir-biri ilə razılıq şəraitində yaşadıqda dünyada sakitlik olur, qarşıdurmaya getdikdə isə dünya xaosa qərq olur”, – deyə Si Cinpin bildirib.

O vurğulayıb ki, mürəkkəb dövrlərdə məsuliyyət nümayiş etdirmək vacibdir və üç ölkə dünyada sülh və sabitliyin qorunmasına birgə töhfə verməli, bəşəriyyətin tərəqqisi naminə daha çox iş görməlidir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu