Si Cinpindən Trampa mesaj: Dinc yanaşı yaşamaq üçün...


Çin və ABŞ iki böyük dövlətin dinc yanaşı yaşamasını təmin edəcək yol müəyyənləşdirməlidir.

AFN.az xəbər verir ki, bunu Çin sədri Si Cinpin ABŞ-a dövlət səfərinin ilk günündə yayımlanan yazılı müraciətində bildirib.

Si Cinpin ABŞ Prezidenti Donald Trampla Çin-ABŞ münasibətləri və dünyadakı vəziyyətlə bağlı mühüm məsələləri ətraflı müzakirə etməyə, iki ölkə arasında konstruktiv və strateji sabit münasibətlərin məzmununu zənginləşdirməyə hazır olduğunu deyib.

O, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və mübadilə imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Si Cinpin sentyabrın 23-də ABŞ-a gəlib. Donald Tramp onu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında qarşılayıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin ABŞ-da dövlət səfərində sentyabrın 23-dən 25-dək olacaq. Donald Tramp isə mayın 13-15-də Çinə səfər edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu