Vaşinqton Tramp və Si Cinpin görüşünə hazırlıq görür
ABŞ və Çin nümayəndələrinin sentyabrın 20-də Nyu-Yorkda keçirdiyi danışıqlar Donald Tramp və Si Cinpin arasında Vaşinqtonda planlaşdırılan görüşün uğurlu keçirilməsi üçün zəmin hazırlanmasına yönəlib.
AFN.az xəbər verir ki, bunu ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tərəflər Çin liderinin sentyabrın 24-də Vaşinqtona səfəri zamanı Tramp və Si Cinpin arasında uğurlu sammit keçirilməsi üçün lazımi əsasları hazırlayırlar.
Qrir Nyu-Yorkdakı məsləhətləşmələrdən sonra bildirib ki, ABŞ və Çin arasında yaradılmış Ticarət Şurasının işi iki ölkənin qarşılıqlı faydalı şərtlərlə ticarət edə biləcəyi məhsul kateqoriyalarını müəyyənləşdirməyə yönələcək. ABŞ nümayəndəsi əlavə edib ki, Çindən əsasən istehlak malları və aşağı texnologiyalı məhsulların, ABŞ-dan isə enerji resursları, kənd təsərrüfatı məhsulları, eləcə də mümkün olaraq tibbi avadanlıqların ixracı gözlənilir.
ABŞ Maliyyə naziri Skott Bessent isə Nyu-Yorkda sentyabrın 20-də ABŞ və Çin arasında ticarət və süni intellekt məsələləri üzrə uğurlu danışıqlar aparıldığını açıqlayıb.
