İran Küveytdəki ABŞ hərbi bazasına zərbə endirib


İran silahlı qüvvələri Küveytdə yerləşən və ABŞ hərbçilərinin dislokasiya olunduğu “Əli əl-Salem” hərbi bazasına zərbə endirib.

AFN.az İranın “Press TV” telekanalına istinadən xəbər verir ki, telekanal İran ordusunun məlumatına əsasən, bazanın İran dronlarının hücumuna məruz qaldığını bildirib.

Məlumatda hücumun nəticələri və itkilərin olub-olmaması barədə təfərrüat açıqlanmayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu