KİV: ABŞ və İsrail İran ərazisinə 16 mindən çox zərbə endirib
İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri ABŞ və İsrail İran ərazisinə ümumilikdə 16 mindən çox zərbə endirib.
AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və İsrail Müdafiə Ordusunun məlumatlarına istinadən məlumat yayıb. Nəşrin qeyd etdiyinə görə, Amerika hərbçiləri azı 7,8 min hədəfi vurub, həmçinin 120-dən çox İran gəmisini zədələyib və ya məhv edib. İsrail isə öz növbəsində təxminən 8,5 min zərbə endirib.
Bundan əlavə, "The Wall Street Journal" əlavə edir ki, yəhudi dövləti Livan ərazisində də təxminən 2 min hədəfi vurub.
