ABŞ əməliyyat başlayandan bəri İranda 2 min hədəfi vurub
ABŞ İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri təxminən 2 min hədəfə zərbə endirib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper məlumat verib.
Komandanlığın "X" səhifəsində yerləşdirilən videoda admiral qeyd edib: "Biz artıq 2 mindən çox sursatdan istifadə etməklə təxminən 2 min hədəfi vurmuşuq. İranın hava hücumundan müdafiə sistemini ciddi şəkildə zəiflətmişik, həmçinin yüzlərlə raket qurğusunu və pilotsuz uçuş aparatını məhv etmişik".
