Avropanın ən böyük qaz təchizatçısı Equinor kiberhücuma məruz qalıb



Norveçin enerji şirkəti Equinor bəzi informasiya texnologiyaları sistemlərinə qarşı kiberhücum aşkarlandığını açıqlayıb. 

AFN.az xəbər verir ki, Avropanın ən böyük təbii qaz təchizatçısı olan şirkət hücumla bağlı vəziyyətin müvafiq dövlət qurumlarına bildirildiyini qeyd edib.

Şirkətin açıqlamasında hücumun zərərsizləşdirilməsi və sistemlərin bütövlüyünün tam bərpası üçün bütün zəruri resursların səfərbər edildiyi bildirilib. İndiyədək hər hansı məlumat oğurluğuna dair sübut aşkarlanmadığı vurğulanıb.

Açıqlamada, həmçinin kiberhücumun şirkətin əməliyyatlarına və istehsal fəaliyyətinə mənfi təsir göstərmədiyi qeyd olunub. Equinor baş verənlərlə bağlı ictimaiyyətə məlumat verməyə davam edəcəyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu