Brent markalı neftin qiyməti 92 dollara düşüb
Cümə günü bir bareli 96,77 dollaradək bahalaşan Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti günü 92,44 dollar səviyyəsində başa vurub.
AFN.az xəbər verir ki, Brent neftinin bir barelinin qiyməti bu gün saat 10:40-a olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə təxminən 0,4 faiz azalaraq 92,05 dollara geriləyib. Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçerslərinin bir barelinin qiyməti 83,92 dollar təşkil edib.
Brent neftinin texniki təhlilində 92,17 dollar müqavimət, 91,33 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
