Brent nefti 96 dolları ötüb
Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir barelinin qiyməti 96,13 dollar səviyyəsində ticarət olunur.
AFN.az xəbər verir ki, cümə günü 96,28 dollara qədər yüksələn Brent neftinin yanvar fyuçerslərinin bir barelinin qiyməti günü 95,82 dollardan başa vurub.
Bu gün Bakı vaxtı ilə saat 10:25-ə olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 0,32 faiz artaraq 96,13 dollara çatıb. Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçerslərinin bir bareli 87,83 dollar olub.
Brent neftində texniki baxımdan 95,66 dollar müqavimət, 94,98 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
