Ukrayna ordusu Krım körpüsünə hücum edib



Rusiyanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krımın qondarma rəhbəri Sergey Aksyonov Ukrayna ordusunun Krım körpüsünə hücum etdiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, Aksyonov hadisə ilə bağlı məlumatı sosial media hesabında paylaşıb.

Aksyonov hücum səbəbindən körpüdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, hadisə yerində təcili xidmət əməkdaşları fəaliyyət göstərir.

Ukrayna ordusu 2022 və 2023-cü illərdə də Krım körpüsünə hücumlar həyata keçirib.

Kerç körpüsü kimi də tanınan və Rusiyanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krımı Rusiya ərazisi ilə birləşdirən bu tikili strateji əhəmiyyətə malikdir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu