75 il sonra Koreya müharibəsində həlak olan əsgərin qalıqları ailəsinə verildi



Cənubi Koreyada Koreya müharibəsində həlak olmuş əsgərin qalıqları 75 ildən sonra ailəsinə təhvil verilib. 

AFN.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Yonhap agentliyinin xəbərinə görə, Ahn Don adlı əsgərin ailə üzvlərindən götürülmüş DNT nümunələri ilə qalıqların uyğunluğu müəyyən edildikdən sonra İksan şəhərində mərasim keçirilib. Mərasimdə əsgərin qalıqları 75 ildən sonra ailəsinə təhvil verilib.

Ahnın qalıqları ilk dəfə 2004-cü ildə aparılan qazıntı işləri zamanı aşkarlanıb. 2019-cu ildə isə ailə üzvlərindən DNT nümunələri götürülüb.

Həmin dövrdə texnologiyanın yetərincə inkişaf etməməsi səbəbindən uyğunluq müəyyənləşdirilə bilməyib. Yalnız sentyabr ayında aparılan test nəticəsində DNT uyğunluğu təsdiqlənib.

1951-ci ilin avqustunda Şimali Koreyaya qarşı döyüşlərdə həlak olduğu ehtimal edilən Ahnın qalıqları 2000-ci ildən bəri ailəsinə təhvil verilən 286-cı Cənubi Koreya hərbçisinin qalıqlarıdır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu