Cənubi Koreya və ABŞ Koreya müharibəsinə aid qalıqları tapmaq üçün birgə axtarışlara başlayıb


Cənubi Koreya və ABŞ Koreya müharibəsi zamanı qəzaya uğramış ABŞ hərbi təyyarəsi və onun pilotuna aid qalıqları tapmaq məqsədilə Mungyeong şəhərində altı həftə davam edəcək birgə axtarış işlərinə başlayıblar.



"Yonhap" agentliyinin xəbərinə görə, Cənubi Koreya Müdafiə Nazirliyi Koreya müharibəsi zamanı ABŞ hərbi təyyarəsinin qəzaya uğradığı Seulun təxminən 140 kilometr cənub-şərqində yerləşən Mungyeong şəhərində axtarışların başladığını elan edib.



Verilən məlumata əsasən, ABŞ və Cənubi Koreyadan ibarət qruplar altı həftə ərzində Mungyeong ərazisinə düşmüş təyyarənin qalıqlarını və onu idarə edən pilotun qalıqlarını tapmağı hədəfləyir.



Ötən il də həmin ərazidə bənzər bir axtarış aparılmış, lakin səlahiyyətlilər nə təyyarəyə, nə də pilota aid heç bir izə rast gəlməmişdilər.



Qeyd edək ki, Koreya müharibəsi zamanı təxminən 37 min ABŞ hərbçisinin Koreya torpaqlarında həlak olduğu təxmin edilir. Üç il davam edən müharibədə həyatını itirmiş təxminən 7 min 500 ABŞ əsgərinin taleyi hələ də naməlum olaraq qalır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu