Cənubi Koreya: Şimali Koreyadan olan əsgər qrupu yenidən sərhədi pozub


Cənubi Koreya Baş Qərargahı (JCS) Şimali Koreyadan olan 20-30 əsgər qrupunun iki Koreyanı birləşdirən Demilitarizasiya Bölgəsində (DMZ) qısa müddət ərzində sərhədi keçdiyini bildirib.



Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargahı Şimal sərhədindəki fəaliyyətlə bağlı açıqlama verib.

Açıqlamada 20-30 nəfərlik Şimali Koreya əsgərinin Koreyaları birləşdirən DMZ daxilində yerləşən Hərbi Demarkasiya Xəttini (MDL) keçdiyi bildirilib.

Cənubi Koreya ordusunun xəbərdarlıq atəşi açmasından sonra Şimali Koreya əsgərlərinin ölkələrinə qayıtdığı qeyd edilib.

Baş Qərargah rəsmisi bildirib ki, sərhəd pozuntusu səhvən törədilib.

Qeyd edək ki, təxminən 20 Şimali Koreya əsgəri iyunun 9-da da Koreyaları birləşdirən Demilitarizasiya Bölgəsindəki Hərbi Demarkasiya Xəttini keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu