Cənubi Koreya əsgərləri Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açıb


Şimali Koreya əsgərləri səhvən sərhədi keçdikdən sonra Cənubi Koreya əsgərləri xəbərdarlıq atəşi açıb.



Bazar günü Hərbisizləşdirilmiş Zonada (DMZ) baş verən hadisə iki Koreya arasında gərginliyin artmaqda davam etdiyi bir vaxta təsadüf edir.

Seul ordusunun bildirdiyinə görə, yerli vaxtla saat 12:30-da çöl alətləri, o cümlədən çubuqlar daşıyan Şimali Koreya əsgərlərindən ibarət kiçik bir qrup Cənubi Koreyaya daxil olub.

Cənubi Koreyalılar xəbərdarlıq atəşi açdıqdan sonra Şimali Koreya əsgərləri dərhal geri çəkiliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu