Cənubi Koreya Şimali Koreya ilə birləşmə konsepsiyasını dəyişir


Cənubi Koreya 30 ildə ilk dəfə Şimali Koreya ilə birləşmə konsepsiyasını dəyişmək istədiyini bildirib.



Bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bildirilir ki, Seul konsepsiyanın mətninə Koreya yarımadasının liberal demokratiya əsasında birləşdirilməsinin mümkünlüyü haqqında müddəanı daxil etmək istəyib və avqustun 15-də Koreya yarımadasının 30 illiyi şərəfinə yeni sənəd təqdim etməyi planlaşdırır.

"Milli icma əsaslı birləşmə planı hökumətimiz üçün rəsmi idi, lakin o, bizim rəhbər tutduğumuz liberal demokratiya fəlsəfəsini nəzərə almır", - Cənubi Koreya prezident administrasiyası qeyd edib.

Yanvarın 16-da Şimali Koreya lideri Kim Çen In ölkə konstitusiyasından Cənubi Koreya ilə dinc birləşmə haqqında bəndin çıxarılmasını təklif edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu