Cənubi Koreya Koreya müharibəsində həlak olan 43 Çin əsgərinin sümüklərini qaytarıb
Cənubi Koreya Koreya müharibəsində Şimal tərəfində döyüşərkən həlak olan 43 Çin əsgərinin sümüklərini Pekinə qaytarıb.
Çinin "Sinxua" agentliyinin xəbərinə görə, Çin Könüllü Ordusunda döyüşən 43 əsgərin sümükləri Cənubi Koreya tərəfindən geri qaytarılıb.
Bildirilib ki, əsgərlərin sümükləri Çinin şimal-şərqindəki Liaonin əyalətinin inzibati mərkəzi olan Sinyan şəhərindəki hərbi qəbiristanlıqda basdırılacaq.
Xəbərə görə, 2014-cü ildən bəri Koreya müharibəsində həyatını itirən 981 çinli əsgərin sümükləri Çinə qaytarılıb.
Qeyd edək ki, Çin 1950-1953-cü illər arasında Koreya müharibəsində Cənubi Koreyaya dəstək verən ABŞ-ın rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) qüvvələrinə qarşı Şimali Koreyanı dəstəkləyib.