Şimali Koreya ABŞ əsgərinin ekstradisiyası tələblərinə cavab vermir
ABŞ Dövlət Departamenti Şimali Koreya sərhədini keçən ABŞ əsgərinin ekstradisiyasına dair sorğuların Şimali Koreya tərəfindən cavabsız qaldığını bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, mövzu ilə əlaqədar mətbuata verdiyi açıqlamada, "Dünən Müdafiə Nazirliyi (Pentaqon) Koreya Xalq Ordusunda (KPA) olan həmkarlarına əlaqə saxlamağa çalışıb. Anladığım qədəriylə ünsiyyət cəhdləri cavabsız qalıb”. sözlərini deyib.
Miller əlavə edib ki, Ağ Ev, Pentaqon və Dövlət Departamenti əsgərin təhlükəsizliyi və ölkəyə qayıtması üzərində birgə işləyir.
Hazırda Şimali Koreyanın ABŞ və Cənubi Koreya ilə aktiv dialoqu yoxdur və məsələ ilə bağlı danışıqların necə aparılacağı məlum deyil.