ABŞ Putinin Şimali Koreya lideri Kimə avtomobil hədiyyə etməsinə reaksiya verib


Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina Rusiyada istehsal olunan Aurus markalı lüks avtomobil hədiyyə etməsinə reaksiyalar davam edir. Digər etiraz isə ABŞ-dan gəlib.



ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina avtomobil hədiyyə etməsinə münasibət bildirib.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinin BMT-yə üzv dövlətlərin Şimali Koreyaya nəqliyyat vasitələri, o cümlədən lüks avtomobillər verməsini qadağan etdiyini bildirən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, “Əgər bu doğrudursa, Rusiya BMT Təhlükəsizlik Şurasının qərarlarını bir daha pozur. Mən rus lüks avtomobili kimi bir şeyin olduğunu bilmirdim" ifadələrini işlədib.

Miller, Rusiyanın keçən ay Ukraynaya qarşı istifadə etdiyi Şimali Koreya istehsalı olan raketdə ABŞ və Avropa şirkətlərinə aid bir çox hissənin olduğu barədə dərc olunan xəbərə də münasibət bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Miller, Şimali Koreyanın qeyri-qanuni kütləvi qırğın silahları və ballistik raket proqramında istifadə edə biləcəyi həssas material və texnologiyaları əldə etməsinə mane olmağa çalışdıqlarını ifadə edərək, “İxrac nəzarəti kimi bütün vasitələrdən istifadə etməyə davam edəcəyik. Bura Rusiyanın Şimali Koreyadan və ya başqa yerdən silah və digər həssas materialların alınmasının qarşısının alınması daxildir” vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu