Çin və Şimali Koreya rəsmiləri görüşüb


Çin Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Cao Liçi Şimali Koreya Ali Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin sədri Ço Ryonq-hae ilə görüşüb.



Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Caonun üç günlük səfər çərçivəsində Şimali Koreyaya dünən gəldiyini bildirib.

Qeyd olunub ki, Cao Şimali Koreya Ali Xalq Konqresinin Daimi Komitəsinin sədri Ço Ryonq-hae ilə görüşüb.

Qeyd edilib ki, bu görüş iki ölkə arasında son 5 ildə ən yüksək səviyyəli görüş olub.

Görüş zamanı tərəflər siyasi, iqtisadi və sosial əməkdaşlığın artırılması yollarını müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu