Cənubi Koreyadan Şimali Koreyaya xəbərdarlıq: Nüvə silahı ilə zərbə endirəcəyik
Cənubi Koreya ilə Şimali Koreya arasında gərginlik artmaqda davam edir. Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimalın Cənubi Koreyaya qarşı nüvə hücumu qərarını verməsini ağılsızlıq olacağını bildirib.
Cənubi Koreya prezidenti Yoon Amerikanın “Newsweek” jurnalına müsahibəsində bildirib ki, onun ölkəsi Koreya müharibəsindən sonra şimaldan gələn təhdidlərə qarşı ordusunu inkişaf etdirib.
Yoon bəyan edib ki, Şimali Koreya ordusunun adi imkanları Cənub ordusundan çox aşağıdır və Pxenyan nüvə imkanlarını artırmağa çalışır.
Bəzi sorğulara görə Cənubi Koreya ictimaiyyətinin 60-70 faizinin nüvə silahı alınmasını dəstəklədiyini ifadə edən Yoon Cənubi Koreyanın nüvə silahına sahib olmasının Yaponiya və Tayvanın da nüvə silahı əldə etməsinə səbəb ola biləcəyini və bunun daha böyük bir təhlükəsizlik təmin edəcəyini söyləyib.
"Şimalın Cənubi Koreyaya qarşı nüvə hücumu qərarını verməsi ağılsızlıq olar. Əgər onlar bunu etsələr, nüvə əsaslı Cənubi Koreya-ABŞ ittifaqı dərhal Şimali Koreyanı ABŞ nüvə silahı ilə vuracaq", - deyə Yoon bildirib.
Mənbə: AA