Qazi İsmayıl Hüseynzadə dəm qazından boğularaq vəfat edib - FOTO


Vətən müharibəsi qazisi İsmayıl İmamverdi oğlu Hüseynzadə dəm qazından vəfat edib.

32 yaşlı İsmayıl dünən səhər saat 6 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evdə qazdan zəhərlənib. Onun meyiti hamam otağında aşkarlanıb.

Qeyd edək ki, İ.Hüseynzadə Bakı Neft Energetika kollecinin məzunu olub. Müharibədə olarkən ailəsinə şəhid xəbəri verilsə də, sonradan özü evə zəng edib və xəbərin yalan olduğu ortaya çıxıb.

Xatırladaq ki, İ.Hüseynzadə “Roof Academy”nin rəhbəri Rüfət Hüseynzadənin qardaşıdır.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu