Fugaku superkompüterinin fəaliyyəti dayandırılıb



2021-ci ildə dünyanın ən sürətli kompüteri seçilən Yaponiyanın Fugaku superkompüterinə icazəsiz giriş edildiyi açıqlanıb. 

AFN.az xəbər verir ki, RIKEN Tədqiqat İnstitutu mümkün məlumat sızması ilə bağlı narahatlıqlara görə kompüterin fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirib.

Kyodo News-un məlumatına görə, kompüteri idarə edən RIKEN Tədqiqat İnstitutu (RIKEN) məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada Fugakunun əməliyyat sisteminə icazəsiz giriş əldə edildiyi və istifadəçi məlumatlarının sızmış ola biləcəyi ilə bağlı narahatlıq yarandığı qeyd olunub.

İcazəsiz girişin nə vaxt baş verdiyinin araşdırıldığı bildirilib. Təhlükəsizlik insidenti ilə əlaqədar Fugakunun fəaliyyəti də dayandırılıb.

Yapon dilində varlı zirvə mənasını verən Fugaku 2021-ci ildə saniyədə 440 katrilyondan çox əməliyyat yerinə yetirmə sürəti ilə TOP500 siyahısında dünyanın ən sürətli kompüteri seçilmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu