Norveçdə quş qripi yumurta və toyuq qıtlığı yarada bilər



Norveçdə quş qripinin yayılması yumurta və toyuq ətinin qıtlığına səbəb ola bilər. 

AFN.az xəbər verir ki, Norveç Qida Təhlükəsizliyi Agentliyi xəstəliyin geniş yayılmasının ölkədə ərzaq təminatına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Norveç Qida Təhlükəsizliyi Agentliyinin baş direktoru İnqunn Midttun Qodal ölkənin ictimai yayım qurumu NRK-yə açıqlamasında dünyada quş qripi epidemiyalarının getdikcə genişlənməsini şərh edib.

Qodal bildirib ki, epidemiyadan təsirlənən heyvanlar istehsala mənfi təsir göstərə bilər. Bunun nəticəsində yumurta və toyuq əti qıtlığı yarana bilər.

O, Norveç Kənd Təsərrüfatı Direktorluğuna ölkəyə yumurta və toyuq əti idxalının artırılmasını tövsiyə edib. Qodal, həmçinin ölkədə quş qripi epidemiyası səbəbindən 100 min ev quşunun məhv edildiyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu