Bakıda restorandakı yanğın söndürüldü - VİDEO+YENİLƏNİB


Atatürk prospektində yerləşən "Kişmiş" restoranı yanır.

Bu barədə AFN.az-a hadisə şahidləri bildiriblər. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə yerindən görüntüləri təqdim edirik:

***

FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

***

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

AFN.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu