Bakıda məcburi köçkünlərin daha bir yataqxanası yanır




Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.

AFN qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya bildirilib ki, yataqxanada baş verən yanğınla bağlı iki təcili yardım briqadası göndərilib.

Qeyd olunub ki, hələləlik zərərçəkənlər barədə məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu