Yanğında zərər çəkən məcburi köçkün ailələrinin sayı açıqlandı


Ötən gün Sumqayıtda yataqxanada baş verən yanğında zərər çəkən məcburi köçkün ailələrinin sayı açıqlanıb.



Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra sözügedən dövlət komitəsinin aidiyyəti struktur bölməsinin rəhbər şəxsləri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində 11 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış sahəsinə ziyan dəydiyi müəyyən edilib.

Hazırda qurumun rəhbərliyi hadisə yerindədir, siyahıyaalınma aparılır. Müvafiq tədbirlər görüləcək.

Qeyd olunur ki, yanğın baş vermiş binada 35 ailə müvəqqəti məskunlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu