Məşhur müğənni ikinci dəfə ailə qurdu
Amerikalı müğənni Miley Sayrus rok qrupunun ifaçısı Maks Morando ilə Kaliforniyanın Palm-Sprinqs şəhərində keçirilən kiçik və özəl mərasimdə ailə qurub.
AFN.az xəbər verir ki, müğənninin Instagram hesabında paylaşdığı məlumata əsasən, 33 yaşlı Sayrus və 28 yaşlı Morando şənbə günü nikah bağlayıblar.
Paylaşılan fotolarda cütlüyün arxasında Palm-Sprinqs səhrasına xas palma ağacı görünən ağ fon qarşısında qucaqlaşdığı, ayaqlarının yanında isə böyük bir itin uzandığı əks olunub. Digər fotoda cütlük ağ qızılgüllərlə bəzədilmiş keçiddə dayanıb.
Party in the U.S.A. mahnısının ifaçısı Entoni Vakkarello tərəfindən hazırlanan, Saint Laurent moda evinə məxsus uzunqollu ipək gəlinlik geyinib. Saint Laurent-in açıqlamasına görə, Sayrus zərif ağ ipək ayaqqabılara üstünlük verib. Gəlinliyin arxa hissəsi açıq olub, müğənni saçlarını yuxarıdan yığaraq çiçəklərlə bəzəyib.
Morando isə tünd rəngli, kvadrat formalı eynək taxıb. Onun ikibortlu olmayan smokinqi də Fransanın lüks moda brendi Saint Laurent tərəfindən hazırlanıb.
Cütlük 2021-ci ildən birlikdədir. Sayrus 2023-cü ildə Vogue jurnalına verdiyi müsahibədə onların tanışlarının təşkil etdiyi görüşdən sonra münasibətə başladıqlarını bildirib.
Morando isə Wonderland Magazine jurnalına verdiyi başqa bir müsahibədə ötən ilin sonlarında Yaponiyada olarkən Sayrusa evlilik təklifi etdiyini deyib. O, jurnal üçün hazırlanan müsahibəsində təklif etməzdən əvvəl ürəyinin sürətlə döyündüyünü bildirib.
Maks Morando Liily rok qrupunun baraban ifaçısıdır.
