NATO PA-nın yeni prezidenti ABŞ konqresmeni Brendan F. Boyle seçildi
NATO Parlament Assambleyasının (NATO PA) Berlində keçirilən Baş Assambleyasında təşkilatın prezidenti vəzifəsinə ABŞ konqresmeni Brendan F. Boyle seçilib.
AFN.az xəbər verir ki, Boyle seçildikdən sonra verdiyi açıqlamada NATO PA-nın prezidenti seçilməkdən şərəf duyduğunu bildirib və NATO-nun 32 ölkəsindən olan 280 parlament üzvünə ona göstərdikləri etimada görə minnətdarlığını ifadə edib.
NATO-nun tarixdə ən uğurlu müdafiə ittifaqı olduğunu vurğulayan Boyle, təhdidlərin getdikcə artdığı bir dövrdə alyansın Amerika xalqının təhlükəsizliyini təmin etmək baxımından əvvəlkindən daha böyük əhəmiyyət daşıdığını qeyd edib.
NATO PA-da ABŞ nümayəndə heyətinə müvəqqəti rəhbərlik edən Boyle daha əvvəl təşkilatın Siyasi Komitəsinin sədri, baş məruzəçi və vitse-prezident vəzifələrini də icra edib.
