Tramp: İran ABŞ-dakı seçkilərin nəticələrindən cəsarətlənib


ABŞ prezidenti Donald Tramp İranın son günlər raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarını intensivləşdirdiyini iddia edib.

AFN.az xəbər verir ki, Tramp noyabrın 22-də “Truth Social” hesabında yazıb ki, İran ötən həftə son bir ildən artıq müddətdə olduğundan daha çox PUA və raket buraxıb. Onun sözlərinə görə, buraxılan vasitələrin hamısı zərərsizləşdirilib və heç bir ziyan qeydə alınmayıb.

ABŞ prezidenti İranın hücumlarının artmasını ölkədə keçirilən aralıq seçkilərdə demokratların qələbəsi ilə əlaqələndirib. Trampın iddiasına görə, İran rəhbərliyi demokratları zəif, səmərəsiz və ölkəni dağıdan qüvvə hesab edir. O, buna imkan verməyəcəyini vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu