Tramp: İran nüvə təftişini qəbul etdi
ABŞ Prezidenti Donald Tramp İranın hərtərəfli nüvə yoxlamalarını qəbul etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Tramp Hörmüz boğazının açıq qalmasına razılıq verdiyini bildirərkən, şərtlərin pozulacağı təqdirdə dəniz blokadasının yenidən tətbiq oluna biləcəyini qeyd edib.
Bundan əlavə, ABŞ Prezidenti sərbəst buraxılan vəsaitlərin ABŞ-nin nəzarətindəki bir hesab vasitəsilə yalnız qida və tibbi ləvazimatların alınmasında istifadə ediləcəyini diqqətə çatdırıb.
